• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərmayə və sənaye hesabatı açıqlanıb

  • 17 Yanvar 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi bəzi illik göstəriciləri yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala yönəldilmiş 15 milyard 550,8 milyon manat vəsaitin 45,7 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 6 faiz artıb.

Ümumi sərmayənin 73,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə gedib, istifadə olunmuş vəsaitin 76,3 faizi məhsul istehsalı obyektlərinin, 18 faizi xidmət sahələri üzrə obyektlərin, 5,7 faizi yaşayış evlərinin tikintisinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 44,6 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 63,4 faiz, bank kreditləri 14,1 faiz, büdcə vəsaitləri 15,4 faiz, əhalinin şəxsi vəsaitləri 5,1 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,7 faiz olub.

Başqa bir hesabata əsasən, 2017-ci ildə ölkədə 39,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Əvvəlki illə müqayisədə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 3,7 faiz artmasına baxmayaraq neft sektorunda 4,7 faiz azalma sənaye məhsulunun ümumi istehsalının 3,4 faiz düşməsinə gətirib.

Sənaye məhsulunun 69,9 faizi mədən sektorunda, 24,7 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

17 yanvar məzənnələri

  • 17 Yanvar 2018
  • comments

Ötən il nə qədər yaşayış evi istifadəyə verilib?

  • 17 Yanvar 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda