Novator.az “Doğum günü insanı necə nişan verir?” silsiləsinin (1, 2) növbəti bölümünü təqdim edir.
Ayın 5-də doğulan
5 – azadlıq rəmzidir. Ayın 5-də anadan olan insan bu rəqəmdən necə yararlanmağı və onu təyinatı üzrə necə idarə etməyi əla bilir.
5 – qatı səyahət həvəskarının və macəra axtaranın (avantüristin) əlamətidir. Bu insan ünsiyyətcil, hər şeyə maraq göstərən və universaldır.
5 – daha çox dahilərin rəqəmidir.
Ayın 5-də dünyaya gələn insan mistisizmə meylli olur. Bütün sirli, qəribə və naməlum nə varsa onu cəlb edir.
“Beş”ə belə məsləhət vermək lazım gəlir: Bir az ehtiyatlı ol! Tələsik nəticə çıxarma və hadisələri qabaqlama. Səbirsizliyin və tez qərar qəbul etmək istəyin sənə baha başa gələr, uçuruma yuvarlana bilərsən.
Ayın 6-da doğulan
6 – sevgi və qarşılıqlı anlayış, düzgünlük və sədaqət, ailə və dostluq rəmzidir. Ayın 6-da anadan olan insan böyük məsuliyyət hissinə və bədii istedada malik, humanitar fənlərə meylli olur. O, açıq ürəklidir, evdardır, başqalarına gərəkli məsləhətlər verir, çox vaxt da maliyyə cəhətdən yardım edir.
“Altı” – ən gizli sirləri etibar edəcək dərəcədə əla dostdur. Eyni zamanda hədsiz qısqanc və var-dövlətə bağlıdır.
O, hədsiz inadkar, qır-saqqız və yaltaqlıqdan zəhləsi gedən insandır.
(Ardı var)
Səidə Hüseynova