Ölkələrdə biznes imkanı (Yeni reytinq)
- 22 Dekabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
“Forbes” jurnalı 153 ölkəni biznes imkanı baxımından qiymətləndirən reytinq açıqlayıb. Novator.az-ın məlumatına görə, qiymətləndirmə mülkiyyət hüququ; yeniliklərin tətbiqi; vergi həddi; texnologiyalar; korrupsiya həddi; şəxsi azadlıq, ticarət və maliyyə azadlığı; bürokratiya; sərmayəçilərin müdafiəsi kimi meyarlar üzrə aparılıb.
Azərbaycan 153 ölkə arasında 70-ci yerdə dayanır.
Qonşulardan Gürcüstan 52-ci, Türkiyə 56-cı, Rusiya 58-ci, Ermənistan 88-ci, İran 100-cüdür.
Keçmiş SSRİ məkanından Estoniya 27-ci, Litva 30-cu, Latviya 36-cı, Qazaxıstan 65-ci, Ukrayna 80-ci, Moldova 87-ci, Özbəkistan 99-cu, Tacikistan 108-ci, Qırğızıstan 123-cü pillədə yer alır.
Reytinqin ilk pilləsində Böyük Britaniya göstərilir. Yeni Zelandiya 2-ci, Niderland 3-cüdür.
Birinci onluqda qalan ölkələr belə sıralanır: İsveç, Kanada, Honkonq, Danimarka, İrlandiya, Sinqapur, İsveçrə.
ABŞ 12-ci, Almaniya 13-cü, İspaniya 20-ci, Yaponiya 21-ci, Fransa 22-ci, İtaliya 29-cu yerdədir.
Reytinq cədvəlini Haiti, Qambiya və Çad qapayır.