
XİN dünya reytinqində 48-ci pilləyə yüksəlib
- 12 Dekabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
2017-ci ilin rəqəmli diplomatiya reytinqi açıqlanıb. Novator.az bildirir ki, reytinq Xarici İşlər nazirliklərinin elektron resurslarının 166 göstəricisinə (şəffaflıq, təhlükəsizlik, auditoriyaya təsir və s.) əsaslanır.
Azərbaycan 209 ölkə arasında 48-ci yerdədir. Ölkə 2016-cı illə müqayisədə reytinqdə 25 pillə irəliləyib.
Reytinqə ABŞ liderlik edir. Böyük Britaniya 2-ci, Fransa 3-ü pillədədir.
Azərbaycanın qonşularından Rusiya 4-cü, Ermənistan 35-ci, Türkiyə 41-ci, Gürcüstan 67-ci, İran 124-cüdür.
Keçmiş SSRİ məkanından Ukrayna 23-cü, Latviya 31-ci, Litva 33-cü, Qazaxıstan 44-cü, Estoniya 58-ci, Belarus 61-ci, Moldova 75-ci, Tacikistan 110-cu, Özbəkistan 127-ci, Qırğızıstan 139-cu, Türkmənistan 182-ci yerdədir.