• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərhum prezident anılıb

  • 12 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin vəfatından 14 il keçir. AZƏRTAC xəbər verir ki, dekabrın 12-də dövlət başçısı İlham Əliyev və ailə üzvləri Bakıdakı Fəxri xiyabanda mərhum prezidentin məzarını ziyarət ediblər. Mərasimə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, deputatlar, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, ictimaiyyət nümayəndələri də qatılıb.

Novator.az bildirir ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirib, sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində oxuyub, amma 1941-ci ildə başlanan Almaniya-SSRİ müharibəsinə görə təhsilini yarımçıq kəsib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində işləyib. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1965-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

1987-ci ilin oktyabrında vəzifədən gedib.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-ci ildə Kommunist Partiyasını tərk edib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

Azərbaycan nefti 67 dolları haqlayır

  • 12 Dekabr 2017
  • comments

Qiymət 13,4 faiz artıb, maaş 6,4 faiz

  • 12 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna əməkçilərin 40 faizini itirib

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

Son materiallar

comments
Dünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda qiymətlər necə dəyişib?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyə bahalaşma 35 faizi ötür

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda