• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çirkli havada nə gəzinti?

  • 06 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Çirkli hava gəzintidən alınan müsbət təsiri puça çıxara bilər. Novator.az-ın məlumatına görə, London İmperiya Kollecinin ekspertləri bu qənaətdədir.

Ekspertlərin araşdırmasına yaşı 60-dan yuxarı 119 nəfər – 40-ı sağlam, 40-ı xroniki ağ ciyər xəstəliyindən, 39-u ürək işemiyasından əziyyət çəkən adamlar cəlb olunub.

Həmin adamlar iki qrupa bölünərək əvvəlcə Londondakı Hayd-parkda, sonra isə şəhərin Oksford küçəsində gəzintiyə çıxıblar.

Hayd-park Böyük Britaniya paytaxtının səfalı parklarından, Oksford küçəsi isə daima qələbəliyin hökm sürdüyü küçələrindən biridir.

Alimlər hər gəzintidən sonra bu yerlərdə – parkda və küçədə havanın çirklənmə səviyyəsini, həmçinin tədqiqat iştirakçılarının sağlamlıq göstəricilərini yoxlayıblar.

Məlum olub ki, parkda gəzintidən sonra sağlam insanlarda ağ ciyərin həyat qabiliyyəti artıb və qan dövranı yaxşılaşıb. Küçə gəzintisindən sonra isə ağ ciyərin həyat qabiliyyətində artım qeydə alınmayıb, qan dövranında isə problemlər yaranıb.

Xroniki ağ ciyər və ürək işemiyasından əziyyət çəkənlərin hər iki halda ağ ciyərinin həyat qabiliyyəti az da olsa artıb, amma küçə gəzintisindən sonra bu göstərici pisləşib. Küçə gəzintisi isə ürəyində problem olan insanlarda qan dövranını pisləşdirib.

Tədqiqat müəllifləri qeyd edirlər ki, araşdırmaya yaşlı adamlar qatılsalar da, nəticələr digər yaş qruplarına da şamil olunur.

London İmperiya Kollecinin ekspertləri tədqiqata əsaslanaraq insanları çirkli ərazilərdə istənilən fiziki aktivlikdən uzaq durmağa çağırıblar.

Səidə Hüseynova

“Təcrübə qazanan təkcə “Qarabağ” olmadı”

  • 06 Dekabr 2017
  • comments

Mərkəzi Bank ehtiyatlarını açıqlayıb

  • 06 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Ekologiya
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda