• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakıda orta maaş nə qədərdir?

  • 04 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Bakı Şəhər Statistika İdarəsi paytaxtın sosial-iqtisadi göstəricilərini yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2017-ci ilin yanvar-oktyabr aylarında sənayedə istehsalın və xidmətlərin həcmi 4,3 faiz azalaraq 26,8 milyard manat təşkil edib. Sənaye məhsulunun 81,6 faizi mədən sektorlarında istehsal olunub. Sektorda qeyri-dövlət sektorunun payı 81,3 faiz göstərilir.

10 ayda şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 11 milyard 301,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az vəsait yönəldilib. Ümumi sərmayənin 34 faizi dövlət, 66 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Hesabata görə, yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-oktyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 2,7 faiz artaraq 15 milyard 108,2 milyon manat olub.

İctimai iaşə dövriyyəsinin həcminin 10 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq 723,6 milyon manat olduğu bildirilir.

Yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin 10 ayı ilə müqayisədə 0,1 faiz artaraq 4 milyard 54 milyon 586,4 min manat olub.

Bakı Şəhər Statistika İdarəsi qeyd edir ki, 2017-ci ilin yanvar-sentyabr aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 8 faiz artaraq 783,8 manata çatıb.

Hesabata əsasən, nəqliyyat müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 851,1 manat, rabitə müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1105,4 manat təşkil edib.

İlham İsmayil

Qarabağ ili – Azərbaycan dərdi (2)

  • 04 Dekabr 2017
  • comments

Paytaxtın demoqrafik göstəriciləri

  • 04 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda