Namiq Sadıqlı barəsində inzibati həbs qərarı çıxarılıb
- 01 Dekabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsi AXCP fəalı, bloqçu Namiq Sadıqlının 30 sutka inzibati həbsə məhkum edilməsi barədə qərar çıxarıb.
Namiq Sadıqlı polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.
AXCP-dən “Amerikanın səsi”nə deyiblər ki, müdafiə tərəfi həbs qərarından şikayət verəcək.
Namiq Sadıqlını noyabrın 30-da polis saxlamışdı.
AXCP bunu Namiq Sadıqlının sosial şəbəkələrdə yaydığı tənqidi xarakterli videolarla əlaqələndirir.