• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Naxçıvandakı qayda ölkənin hər yerində tətbiq olunacaq

  • 30 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 30-da jurnalistlərlə söhbətində ölkədə dəfn mərasimlərinin və məzarlıqlarla bağlı məsələnin qaydaya salınmasından danışıb.

“Report”un xəbərinə görə, Mübariz Qurbanlı deyib ki, “Məzarlıqlar haqqında” qanun layihəsi baxılması üçün hazırda Nazirlər Kabinetindədir: “Layihə qəbul edildikdən sonra növbəti mərhələlərdə ayrılacaq məzarlıqlar, insanların dəfn mərasimləri və başqa bu kimi məsələlər yeni qaydalarla tənzimlənəcək”.

Mübariz Qurbanlı bildirib ki, Bakıda milyonlarla insan yaşayır, buna görə gələcəkdə paytaxt məzarlıqlarında yer çatışmazlığı yarana bilər: “Paytaxtda qəbiristanlıqlar üçün yeni yerlərin ayrılması istiqamətində iş gedir. Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı tədbirlər görür”.

Komitə sədri məzar yerlərinin satılması məsələsinə də toxunub. O bildirib ki, məzar yeri satılmamalı, pulsuz verilməlidir: “Yeni qaydalarda bu, tam şəkildə əksini tapıb”.

Sədrin dediyinə görə, sözügedən işlərin tənzimlənməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə nəzarət funksiyası da verilə bilər. Hazırda məzar yerlərinin ayrılması məsələləri komitənin yox, başqa qurumların səlahiyyətinə aiddir.

Bu il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qəbirüstü abidələrin vahid formalarını təsdiqləyib. Qərara əsasən, qəbirüstü işlər iki materialdan – ya qara qranitdən, ya da travertindən hazırlana bilər. Hansı materialdan hazırlanmasından asılı olmayaraq, yəni istər qara qranitdən, istərsə də travertindən hazırlandıqda sinə daşının uzunluğu 2 metr 20 santimetr, eni 1 metr 20 santimetr, başdaşının hündürlüyü 60 santimetr, eni 80 santimetr olmalıdır. Qərarda qəbirüstü işlərin təsvirləri də verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri jurnalistlərlə söhbətində bu məsələyə də toxunub. O deyib: “Naxçıvanda atılan addım bizim nəzərdə tutduğumuz, təsdiqlənməsini gözlədiyimiz qaydalara uyğundur. Naxçıvanda qəbirüstü işlərlə bağlı qoyulan qayda gələcəkdə Azərbaycanın digər yerlərində də tətbiq olunacaq. Burada islami dəyərlərə, milli adət-ənənələrə zidd heç nə yoxdur. Qəbiristanlıqda məzarlar bir-birindən kəskin şəkildə fərqlənə bilməz”.

Efqan Muxtarli

Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin o...

  • 30 Noyabr 2017
  • comments

Azərbaycan, Türkiyə, Pakistan bəyannaməsi imzalanı...

  • 30 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda