• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsa Qəmbər: “Vaxt çox azdır”

  • 22 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Noyabrın 21-i Müsavat Partiyasının qərargahında “2018-ci ilin prezident seçkisi: boykot, yoxsa iştirak?” mövzusunda dəyirimi masa keçirilib.

“Turan”ın məlumatına görə, Strateji Milli Düçüncə Mərkəzinin təşkil etdiyi tədbirə qatılan ictimai-siyasi qüvvələrin təmsilçiləri seçkidə iştirakı vacib məsələ kimi dəyərləndiriblər və gələn il prezident seçikisinə qatılmağa tərəfdar çıxdıqlarını vurğulayıblar.

Mərkəzin rəhbəri İsa Qəmbər söyləyib ki, istənilən seçkinin tərəfdarı da var, əleyhdarı da. Müstəqillik dövründə keçirilmiş prezident seçkilərini təhlil edən İsa Qəmbər qeyd edib ki, aktiv boykot 1998-ci, passiv boykot 2008-ci ilin prezident seçkisində olub və heç biri nəticə verməyib.

İsa Qəmbərin fikrincə, ən real prezident seçkisi onun özünün də namizəd olduğu 2003-cü ildə keçirilib: “Müxalifət o zaman seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi”.

Strateji Milli Düçüncə Mərkəzinin rəhbəri hesab edir ki, indi əsas məsələ demokratik seçki mühiti yaradılması üçün səylər göstərmək və Seçki Məcəlləsində demokratik dəyişkliklərə nail olmaqdlr: “Müsavat Partiyası Seçki Məcəlləsində ən önəmli olan 5-6 istiqamət üzrə islahatlar aparılması üçün təkliflər paketi hazılayıb. Hesab edirik ki, məcəllədə dəyişikliyə nail olmaq üçün indidən çalışmaq gərəkdir, elə düşünmək lazım deyil ki, vaxt çox qalır, əslində vaxt çox azdır”.

İsa Qəmbər seçkiyə hazırlaşmaq və cəmiyyətin potensialını toplaya bilmək üçün məsuliyyətli qərarlar qəbul etməyin zamanı gəldiyini də vurğulayıb. O bildirib ki, seçki öncəsi siyasi qüvvələrin funksional əməkdaşlığı üçün platforma da yarana bilir.

Toplantıda çıxış edən siyasətçilər, ictimi fəallar bildiriblər ki, ölkədə informasiya vasitələrinin çoxu hakimiyyətin nəzarətində olsa da, müxalifətin müasir texnologiya vasitələri, sosial şəbəkələr vasitəsilə təbliğat aparmaq kimi imkanları var.

Çıxış edənlər seçkini boykotun səmərəli mübarizə üsulu olmadığını ifadə ediblər, 2015-ci ildən bu yana ağır sosial-iqtisadi dururmla bağlı ölkədə protest elektoratının və müxalifətin seçki elektoratının artdığını söyləyiblər. Onların fikrincə, hakimiyyət mövcud böhrandan çıxmaq üçün cəmiyyətə heç nə təqdim etmir, odur ki, alternativ təklifə tələbat yaranıb.







Müsavat referendum və seçki islahatı tələb edir

Deputat hesab edir ki, Müsavatın təklifi adamları yora bilər

Deputatlar Müsavatın təklifinə nə deyir?

Seçkiyə bir il qalmış…

Azərbaycanda növbəti prezident seçkisi nə vaxt olacaq?

26 ilin seçimi

“Beşiktaş” nöqtəni sona çatmamış qoydu

  • 22 Noyabr 2017
  • comments

Zimbabveyə yeni rəhbər gəlir

  • 22 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda