İnsanabənzər robot daha da təkmilləşdirilib
- 17 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Video
ABŞ-ın “Boston Dynamics” şirkətinin hazırladığı insanabənzər robot daha da təkmilləşdirilib.
Novator.az xəbər verir ki, Atlas adlandılan robot indi daha hündürə tullana və mayallaq aşa bilir.
Mütəxəssislər Atlasın üzərində 2013-cü ildən işləyirlər. Robot kəsişməli, əyri-üyrü yollarda iki ayağı üstə karıxmadan yeriməyi, əlləri ilə yük daşımağı, şaquli maneələrin üzərindən aşmağı bacarır.