![]({"full":{"0":"2017\/11\/Ehliman-Emiraslanov.jpg","1":750,"2":502,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2017\/11\/Ehliman-Emiraslanov.jpg"}})
70 yaşı tamam olan deputata orden verildi
- 16 Noyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Prezident İlham Əliyev Əhliman Əmiraslanovu “Şərəf” ordeni ilə təltif edib. Sərəncamda təltif Əhliman Əmiraslanovun Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyəti ilə əsaslandırılıb.
Noyabrın 17-də Əhliman Əmiraslanovun 70 yaşı tamam olur.
Novator.az bildirir ki, Əmiraslanov Əhliman Tapdıq oğlu 1947-ci ildə anadan olub. Cərrah-onkoloq, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olub. Milli Məclisin səhiyyə komitəsinin sədridir.
2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.