• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Prezident

Yeni dövlət qurumu, təyinatlar

  • 07 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman verib. Noyabrın 6-da imzalanan fərmanda qurumun təsisi dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq zərurəti ilə əsaslandırılıb.

Novator.az-ın məlumatına görə, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətində 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır, qurumun fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirir. Nizamnamə kapitalı və fəaliyyət üçün digər aktivlər əsasən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Beynəlxalq Bankından aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşır.

Dövlət başçısının həmin gün imzaladığı sərəncamlarla Natiq Ərziman oğlu Əmirov Müşahidə Şurasının sədri, Kamran Telman oğlu Nəbizadə baş direktor təyin edilib.

Natiq Əmirov prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisidir.

Kamran Nəbizadə 107 saylı Qazax dairəsindən Milli Məclisin deputatıdır. 1971-ci ildə Bakı şəhərində doğulan Kamran Nəbizadə Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini və Ümumrusiya Xarici Ticarət Akademiyasının xarici iqtisadi əlaqələr fakültəsini bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Dövlət Neft Şirkətində, Sənaye və Energetika Nazirliyində məsul vəzifələrdə çalışıb, “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.

2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2015-ci ildə Milli Məclisin deputatı seçilib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir.

Retro vaqonlarla tanışlıq

  • 06 Noyabr 2017
  • comments

Xüsusi poçt xidməti rəsmiləşdi

  • 07 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda