• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Milli Şura mitinq keçirdi və aksiyaları müvəqqəti dayandırdı

  • 28 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in FotoManşetXəbər

Oktyabrın 28-də Demokratik Qüvvələrin Milli Şurası paytaxtda mitinq keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metro stansiyasının yanı) olub.

Aksiya 2 saat (saat 15-dən 17-dək) çəkib.

Aksiyada korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz ifadə olunub, siyasi məhbusların azadlığa buraxılması tələb edilib.

Mitinqə AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn aparıcılıq edib. O deyib: “Bizə televiziyalarda Avropadakı daşqınları, Yaponiyadakı sunamiləri, ABŞ-dakı qasırğaları, meşə yanğınlarını göstərməyin. ABŞ o meşə yanğınlarının altından çıxacaq. Siz burdakı qasırğaların qarşısını alın. Korrupsiyadan, hüquqsuzluqdan, repressiyalardan böyük qasırğa varmı?”

Çıxışçılardan iqtisadçı Vahid Məhərrəmli ölkədəki sosial-iqtisadi siyasəti tənqid edib və hakimiyyəti istefaya çağırıb.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev söz azadlığına basqılardan, həbsxanalarda siyasi məhbuslara qarşı təzyiq və işgəncələrdən danışıb. O deyib ki, müstəqil, tənqidçı saytlara giriş bloklanıb: “Ölkədə 160-dan artıq siyasi məhbus var. Onların 20-yə yaxını jurnalist və bloqçudur. Azərbaycan siyasi məhbusların sayına görə Avropada liderdir”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvi Gültəkin Hacıbəyli deyib ki, Azərbaycanın zəngin təbii ehtiyatları var. Üstəlik, Azərbaycan xalqı zəhmətsevərdir: “Bəs niyə belə zəngin təbii ehtiyatı olan ölkədə xalqın əksəriyyəti yoxsul yaşayır?”

AXCP sədri Əli Kərimli bildirib ki, korrupsiya həyatın bütün sahələrini iflic edib, bu səbəbdən Azərbaycan bir çox sosial parametrə görə rengiondakı qonşularından geri qalır.

Əli Kərimlinin fikrincə, ölkədə təhsil, səhiyyə, məhkəmə sistemi faktiki məhv edilib. Onun sözlərinə görə, 24 il ərzində hakimiyyət ölkənin heç bir problemini həll etməyib, Qarabağ münaqişəsinin nizamlanmasında və işğal edilmiş ərazilərin qaytarılmasında heç bir irəliləyiş yoxdur: “24 ildə hakimiyyət bir dəfə olsun demokratik seçki keçirməyib”.

AXCP sədri aksiya iştirakçılarını buzqıran gəmi ilə müqayisə edib: “100 milyardı mənimsəmiş, hakimiyyəti qəsb etmiş, 24 ildə bir dəfə də olsun demokratik seçki keçirməyən qüvvə 10 minlərin sözü ilə hakimiyyəti tərk etməyəcək. Biz daha çox olmalıyıq…”

Əli Kərimli həbs edilən müxalifətçilərdən də danışıb və onları siyasi girov adlandırıb. O vurğulayıb ki, repressiyalara, məhdudiyyətlərə baxmayaraq demokratik qüvvələr azadlıq uğrunda mübarizəni davam etdirir.

Sonda Əli Kərimli deyib ki, Milli Şura etiraz aksiyalarını müvəqqəti olaraq dayandırır: “Amma bu o demək deyil ki, mitinqlərə son qoyulur. Bizim daha kütləvi, daha güclü aksiyalarımız olacaq və Milli Şura bu barədə ictimaiyyətə məlumat verəcək”.

Demokratik Qüvvələrin Milli Şurası bu il sentyabrın 23-də və oktyabrın 7-də də paytaxtda mitinqlər keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı həmin aksiyalar da Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda olub.

Milli Şura 2013-cü ildə yaradılıb. Quruma Cəmil Həsənli və Əli Kərimli liderlik edir.

Cəmil Həsənli xarici ölkədə səfərdə olduğu üçün 28 oktyabr mitinqində iştirak etməyib.

Mitinqdə terror planı: DTX video-audio materiallar...

  • 28 Oktyabr 2017
  • comments

Bakı Madridi seçir

  • 30 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda