• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənilərin dağıtdığı abidənin ətrafında təmir-abadlıq aparılıb  

  • 26 Oktyabr 2017
1
SHARES
FacebookTwitterPinterest

Ermənilərin Qarabağa köçürülməsini sübut edən tarixi mənbələrdən biri “Marağa – 150” abidəsidir. Tərtər rayonunun Şıxarx qəsəbəsindəki “Marağa – 150” abidəsini 1978-ci ildə ermənilər İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edib. XX əsrin sonlarında Ermənistanın Azərbaycan torpaqlarına qarşı növbəti ərazi iddiaları başlayanda ermənilər abidəni qəsdən dağıdıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.

Tarixçi Türkan Qasımova AZƏRTAC-a bildirir ki, ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərində, o cümlədən Qarabağda yerləşdirilməsi Rusiya-İran və Rusiya-Türkiyə müharibələri nəticəsində XIX əsrin 20-30-cu illərindən başlayıb: “1828-ci ilin fevralın 10-da Təbriz yaxınlığında yerləşən Türkmənçay kəndində Rusiya və İran arasında imzalanan müqavilədən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Miqrasiya nəticəsində ermənilərin Qarabağda süni çoxaldılması sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması ilə nəticələndi”.

1978-ci ildə “Marağa – 150” abidəsinin açılışını xatırlayanlardan biri də Tərtər rayon sakini İlqar Qasımovdur. Bu barədə danışan Qasımov deyir: “O zaman 16 yaşım vardı. Atamla Umudlu kəndinə gedərkən ermənilərin abidənin açılışını etdiklərini gördük. Abidə adi qırma çay daşlarından, təxminən 30 kvadratmetr sahəni əhatə edən ərazidə rəngli mozaikadan, “Qızlar bulaq başında” kompozisiyasından ibarət idi. Kompozisiyada eni 1,5 metr, hündürlüyü 3 metrədək olan əsas abidə, sağ və sol tərəflərdə mərmər sütun bulaqlar vardı. Mərmər sütunlarının birinin üzərində yuxarıdan aşağıya doğru 1828, digərinin üzərində isə 1978 rəqəmləri yazılmışdı. Abidənin bu formada şəklini mərhum akademikimiz İman Mustafayev lentə köçürüb. 1988-ci ildən sonra ermənilər kobud tarixi səhv buraxdıqlarını dərk edərək abidənin ön divarında xırda ağ rəngli çay daşları ilə yazdıqları “Marağa – 150” sözünü söküb, “səhvlərini”, yəni tarixi həqiqəti yox etdilər”.

Tərtər rayon sakini bildirir ki, 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin Qarabağa köçürülməsini sübut edən analoji abidələr Xankəndi şəhərində və Tərtər rayonunun Çaylı kəndlərində də inşa olunmuşdu: “Lakin ermənilərin ərazi iddiaları başlayanda bu abidələr də dağıdılaraq yox edilib”.

Ermənilərin ərazi iddialarını ifşa edən “Marağa – 150” abidəsinin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən Şıxarx qəsəbəsindədir.

Prezident İlham Əliyevin tapşırığı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onun ətrafında təmir-abadlıq işləri aparıb, yerə tamet döşənib, əraziyə hasar çəkilib, işıqlandırma sistemi quraşdırılıb. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa – 150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Nazarbayev yeni əlifbaya keçmək üçün fərman hazırl...

  • 26 Oktyabr 2017
Sakir Yaqubov

Üzündə göz izi var…

  • 26 Oktyabr 2017

Son materiallar

comments
ManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

Rəylər

Do not miss

comments
ManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

Son materiallar

comments
ManşetXəbər

Fəaliyyət növləri üzrə orta maaş

comments
ManşetXəbər

Yarım ilin demoqrafik hesabatı

comments
ManşetXəbər

115 əskik

comments
Xəbər

“Neftçi” ələndi

comments
Xəbər

Pozuntular, 1892 qərar

comments
Xəbər

Publik hüquqi şəxs

comments
Xəbər

Superkubok statistikası

comments
Xəbər

Başçı sərəncamı

comments

Yeni Laçın yolu

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
Xəbər

Turizm və Menecment Universitetinin statusu yeniləndi

comments
Xəbər

3194 aktiv xəstə var

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haralardan gəlirlər?

comments
Xəbər

Yarım ilin qəzası

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
Xəbər

Ünvanlı yardımın orta məbləği

comments
Xəbər

İxrac hesabatı

comments
Xəbər

Hasilat statistikası

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
Xəbər

Qərbi Azərbaycan İcmasının ünvanı

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
Xəbər

Azərbaycan nefti nə qədər ucuzlaşıb?

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
Xəbər

Koronavirus statistikası

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda