Çin Kommunist Partiyasının 19-cu qurultayı başa çatıb. Qurultayın son günü – oktyabrın 24-də Mərkəzi Komitənin yeni tərkibi formalaşıb. Partiyanın baş katibi, Çin Xalq Respublikasının sədri Si Cinpin də Mərkəzi Komitə üzvü olub.
Çin Kommunist Partiyasının qurultayı oktyabrın 18-dən Pekindəki Xalq Yığıncaqları Sarayında keçirilirdi.
Oktyabrın 25-də Mərkəzi Komitənin plenumu Siyasi Büronu və Siyasi Büronun Daimi Komitəsini seçəcək.
Novator.az bildirir ki, 64 yaşlı Si Cinpin 2012-ci il noyabrın 12-də Çin Kommunist Partiyasının baş katibi və Mərkəzi Hərbi Şuranın sədri seçilib, 2013-cü il martın 14-də isə Xalq Nümayəndələri Yığıncağının qərarı ilə Çin Xalq Respublikasının sədri postuna gətirilib.