Keçmiş maliyyə naziri, “Agrofert” aqrar-sənaye konserninin sahibi, 4,1 milyard dollarlıq sərvətin sahibi Andrey Babiş Çexiyada hakimiyyətə gəlir. Novator.az-ın məlumatına görə, milyarderin başçılıq etdiyi ANO (Narazı Vətəndaşlar Aksiyası) hərəkatı ötən həftənin cümə və şənbə günləri keçirilmiş parlament seçkisində 29,6% səslə zəfər çalıb. Ancaq Andrey Babişin hökumət qurub baş nazir kürsüsündə oturması üçün koalisiya tələb olunur.
Vətəndaş Demokrat Partiyası 11,32%, Pirat, Azadlıq və Birbaşa Demokratiya partiyaları 11%-ə qədər, hakim Sosial Demokrat Partiyası 7,27% səs yığıb.
Daha 4 partiyanın 5%-lik baryeri aşaraq parlamentə keçdiyi açıqlanıb.