• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Karles Puchdemont

Kataloniya lideri ultimatuma cavab verdi

  • 16 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Oktyabrın 16-da İspaniyanın Kataloniya vilayətinin başçısı Karles Puçdemont ölkə rəhbərliyinin ultimatumuna cavab verib. Novator.az-ın məlumatına görə, Karles Puçdemont İspaniya rəsmilərini dialoqa çağıran təklifini təkrarlayaraq deyib: “Dialoq təklifimiz səmimidir. Yaxın iki ayda bir nömrəli vəzifəmiz dialoqa başlamaqdır”.

Karles Puçdemont İspaniyanın baş naziri Mariano Rahoyu bölgədəki durumu müzakirə etmək üçün görüşə çağırıb.

Oktyabrın 1-i Kataloniyada keçirilmiş referenduma qatılanların 90 faizindən çoxu vilayətin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. İspaniya hökuməti referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edib.

Kataloniya başçısı Karles Puçdemont oktyabrın 10-da bölgənin müstəqil dövlət elan olunması barədə bəyannamə imzalayıb. Mərasim Barselonada, yerli parlamentin iclasında keçirilib. Sənədə Karles Puçdemontun müavini, parlamentin spikeri, həmçinin müstəqilliyi dəstəkləyən deputatlar da qol çəkib.

Parlamentin iclasında çıxış edən separatçı lider bölgənin müstəqil dövlət elan olunmasına, bu haqda qanun qəbul etməyə tələsməməyi məsləhət görüb, rəsmi Madridlə dialoqa başlamağı təklif edib.

Oktyabrın 11-də İspaniyanın baş naziri Mariano Rahoy Kataloniya rəsmilərindən muxtariyyətin müstəqil dövlət elan olunub-olunmamasına aydınlıq gətirməyi tələb edib.

Müstəqillik elan olunub, ya yox? 11 oktyabr bəyanatında Mariano Rahoy Kataloniya rəsmilərini oktyabrın 16-dək bu suala dəqiq cavab verməyə çağırıb və qeyd edib ki, bu, ölkə konstitusiyasının 155-ci maddəsinin işə salınıb-salınmaması üçün zəruridir.

155-ci maddə Kataloniyanın muxtariyyətinin qismən dayandırılması mexanizmini nəzərdə tutur.

Ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb.

SOCAR-ın yeni hesabatı

  • 16 Oktyabr 2017
  • comments

Rusiya: içkidən ən çox harada ölürlər?

  • 16 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda