• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Seçkiyə bir il qalmış…

  • 13 Oktyabr 2017
2
SHARES
FacebookTwitterPinterest

Azərbaycanda növbəti prezident seçkisi 2018-ci il oktyabrın 17-nə düşür. Əsas müxalif partiyalardan olan Müsavat 2014-cü ildə keçirilmiş qurultayında 2018-ci il seçkisində sabiq başqan İsa Qəmbəri namizəd seçib. Bəs başqa müxalif partiyalar nə düşünür? Novator.az bununla maraqlanıb.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa təşkilatda seçki ilə bağlı müzakirələrə noyabr ayında start veriləcəyini deyib: “Hələlik gələn ilin prezident seçkisində iştirak edib-etməməklə bağlı bir mövqe yoxdur. Ancaq strateji planda bütün seçkilərə qatılıb proqram ideyalarını təbliğ etmək Böyük Quruluş Partiyasında ənənə halını alıb. Çox güman, prezident seçkisində partiyamız öz namizədi ilə iştirak edəcək”.

Demokratik İslahatlar Partiyasının sədri, parlamentin deputatı Asim Mollazadə partiyasının bütün seçkilərdə iştirak etdiyini vurğulayıb, 2018-ci ilin prezident seçkisində iştirak formasının müzakirə ediləcəyini və zamanında qərar veriləcəyini deyib.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, gələn il partiyanın qurultayı keçiriləcək: “Prezident seçkisində iştirak qərarını qurultay verəcək. Partiya seçəcəksə və qurultay bununla bağlı qərar verəcəksə, gözlənən namizəd mənəm”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov dekabrın 23-də qurultayın keçiriləcəyini deyib: “Ancaq partiyanın 2018-ci ilin prezident seçkisində iştirak edəcəyini indidən də söyləmək mümkündür”.

Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, yerli təşkilatlarda seçki ilə bağlı müzakirələr keçiriləcək: “Hələ seçkiyə kifayət qədər vaxt var. Müzakirələrin sonunda ölkədə vəziyyət və AMİP-in seçkidə iştirak formasını şərtləndirən bir sıra vacib məqam nəzərə alınmaqla qərar veriləcək”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli deyib ki, partiyanın prezident seçkisində iştirakı, iştirakın forması kimi məsələlərlə bağlı qərar 2018-ci ildə keçiriləcək qurultayda veriləcək: “Biz siyasi partiyaların seçkilərdə iştirakını siyasi fəaliyyətin əsas hədəflərindən biri kimi qiymətləndiririk. Bu baxımdan seçkidə iştirak edəcəyimizə şübhə etmirəm”.

17 oktyabr 2018-ci ildə Azərbaycan 9-cu dəfə prezident seçəcək. 1990-cı ildə prezidentlik institutu təsis olunanda ilk prezident – Ayaz Mütəllibov – parlamentdə seçilib.

Azərbaycanda ümumxalq səsverməsi ilə ilk prezident seçkisi isə 1991-ci il sentyabrın 8-də olub. Həmin seçkidə dövlət başçısı Ayaz Mütəllibov qalib gəlib.

Ayaz Mütəllibov istefa verdiyi üçün 1992-ci il iyunun 7-də növbədənkənar prezident seçkisi keçirilib. Bu seçkidən Əbülfəz Elçibəy qalib çıxıb.

1993-cü ildə Əbülfəz Elçibəy istefaya göndərilib. Həmin il oktyabrın 3-də keçirilən növbədənkənar seçkidə Heydər Əliyev prezident seçilib.

1998-ci il oktyabrın 11-də keçirilən növbəti seçkidə Heydər Əliyev yenidən qalib gəlib.

Sonrakı üç seçkidə – 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da İlham Əliyev prezident seçilib.

Naxçıvana 1450 kilometrlik yol açıla bilər

  • 13 Oktyabr 2017

Daşkəsəndə güzəştli kreditlər verildi

  • 13 Oktyabr 2017

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
ManşetŞərh

Təklif və suallar

comments
ManşetTribunaYazarlar

İsveçin Rusiya qorxusu

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetTribunaYazarlar

Gənclərə

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
Dünyanın səsiManşetŞərh

Rusiya iqtisadiyyatı gözləndiyindən çox zəifləyib – “Bloomberg”

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualDünyanın səsiManşetŞərh

“Vaşinqton Post”: Rusiya uduzur

comments
AktualManşetŞərh

AZAL-dan zərər

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda