• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Eldar Həsənov Kral Akademiyasına üzv seçilib

  • 05 Oktyabr 2017
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənov Serbiya Kral Akademiyasının üzvü seçilib. Novator.az bildirir ki, məlumatı keçmiş millət vəkili, naşir Əlövsət Ağalarov yayıb.

Eldar Hümbət oğlu Həsənov 1955-ci il oktyabrın 10-u Kəlbə­cər rayonunda doğulub. Bakıda Politexnik İnstitutunu, Mos­­­kva­­da SSRİ Daxili İşlər Nazirliyinin Ali Hüquq Akademiyasını bitirib. Uzun müddət Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb – müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəisi, Bakı Şəhər Nizami Rayon Milis Şöbəsinin rəisi, Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə Azərbaycan Respublikası baş prokurorunun birinci müavini işləyib, 1995-2000-ci illərdə baş prokuror vəzifə­sini tutub. Ədliyyə general-leytenantıdır.

2001-ci ildən 2013-cü ilə qədər Eldar Həsənov Rumıniyada, 2009-cu ildən iqamətgahı Buxarest şəhərində olmaqla həmçinin Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri olub. Hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir. Eldar Həsənov həmçinin bir çox beynəlxalq təşkilatın üzvü və rəhbəri, Cənub-Şərqi Avro­pada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlıqla mübarizə üzrə Regional Mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.

Eldar Həsənov elmi-pedaqoji fəaliyyətlə də müntəzəm məşğul olub, Bakıda hüquq üzrə namizədlik, Moskvada doktorluq disser­ta­siyası müdafiə edib. Professordur. 25 kitabın, 160-dan artıq elmi-publisistik məqalənin müəllifidir.


Milli Şuranın mitinqi rəsmiləşdi

  • 05 Oktyabr 2017
  • comments

Nazirliyə müraciətlər azalıb

  • 05 Oktyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Elm
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda