• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Turan agentliyi

“Turan” agentliyi fəaliyyətini bərpa edir

  • 29 Sentyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Oktyabrın 1-dən “Turan” agentliyi fəaliyyətini əvvəlki miqyasda bərpa edir.

Novator.az xəbər verir ki, bununla bağlı sentyabrın 29-da agentliyin kollektivi müraciət yayıb.

Müraciətdə xatırladılır ki, agentlik sentyabrın 1-dən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qalmışdı: “Bu, Vergilər Nazirliyinin vergidən yayınma barədə uydurma ittihamı ilə cinayət işi açmasının və agentliyin direktoru Mehman Əliyevin həbsinin nəticəsi idi.

2017-ci ilin avqust-sentyabr aylarında “Turan” 27 illik tarixində ən çətin dövrünü yaşadı, amma onun da öhdəsindən gəldi.

Bununla bağlı ətraflı məlumat hələ yazılacaq, amma bu gün əminliklə deyə bilərik ki, söz azadlığını boğmağa müvəffəq olmadılar.

İctimaiyyətin – siyasi və ictimai xadimlərin, parlament deputatlarının, ziyalıların, jurnalist həmkarlarımızın və sadəcə sıravi vətəndaşların hamılıqla dəstəyi olmasaydı, bu, mümkün olmazdı.

Beynəlxalq təşkilatların və ilk növbədə dəstəyin əlaqələndiricisi missiyasını öz üzərinə götürən “Sərhədsiz reportyorlar”ın geniş və fəal dəstəyi olmasaydı, “Turan” “sağ qala” bilməzdi.

Beynəlxalq koalisiyaya daxil olan onlarla hüquq müdafiə təşkilatı və jurnalist qurumu da bizim müdafiəmiz üçün səsini yüksəltdi.

Azərbaycanın mühacirətdə olan fəalları da öz imkanları daxilində bizə əllərindən gələn dəstəyi göstərdilər, müxtəlif instansiyalarda söz azadlığı məsələlərini qaldırdılar.

ABŞ Dövlət Departamentinin, Norveç, Fransa, Böyük Britaniya Xarici İşlər nazirliklərinin, Avropa İttifaqının, Almaniya ombudsmanının mövqeyini qeyd etməsək, olmaz.

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın və ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezirin, Avropa Şurasının Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Sezar Predanının şəxsi addımlarını qeyd edirik.

Sərt və prinsipial mövqe tutan Amerika konqresmenləri və senatorları Makkeyn, Smit, Makqovern, Durbin, Rubio, Oyerə xüsusi minnətdarlığımızı bildiririk”.

Müraciətin sonunda bildirilir: “Hörmətli oxucular, “qara sentyabr” geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq. Bu inamla oktyabrın 1-dən işimizi əvvəlki həcmdə bərpa edirik.

Bizimlə birlikdə olan hər kəsə təşəkkürlər!”

Avqustun 7-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” agentliyinə cinayət işi qaldırıb. Avqustun 16-da agentliyin ofisində axtarış aparılıb, mühasibat sənədləri və maliyyə fəaliyyəti ilə bağlı elektron daşıyıcılar götürülüb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin “Turan”dakı yoxlamaları zəminində tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın hesabları dondurulub, agentliyin fəaliyyəti məhdudlaşıb.

Yasamal Rayon Məhkəməsi sentyabrın 11-də Mehman Əliyevi həbsdən buraxıb. Mehman Əliyev barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də “Turan” informasiya agentliyinin bank hesabları açılıb.


  • “Turan”da axtarış
  • “Turan”dan nə apardılar?
  • “Turan” üçün prezidentə və birinci vitse-prezidentə müraciət edildi
  • Mehman Əliyevin işi iki maddə üzrə aparılır
  • “Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi
  • Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi
  • Mehman Əliyev: həbs, ittihamlar, bioqrafiya
  • Vergilər Nazirliyi “Turan”da aparılan yoxlama ilə bağlı məlumat yaydı
  • Amerikadan reaksiyalar
  • Mehman Əliyevə Azadlıq Komitəsinin ilkin tərkibi
  • Mehman Əliyevə zamin dururlar
  • Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət ünvanlanıb
  • Mehman Əliyevlə bağlı qərar dəyişmədi
  • “Turan”ın əməkdaşları necə dindirilir? (Yeni bəyanat)
  • “Turan”ın abunəçilərə müraciəti
  • Məhkəmə Mehman Əliyevlə bağlı müraciətə baxdı
  • Mehman Əliyevin həyat yoldaşı: “Bunu gözləyirdim”
  • Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi üçün vəsatət verilib
  • “Vaşinqton Post” yazdı, Əli Həsənov cavab verdi
  • Ziyalıların Mehman Əliyev istəyi
  • Girov üsulu da nəticə vermədi
  • Mehman Əliyevə qadağalar
  • Azərbaycan rəsmilərini ABŞ-a buraxmamaq təklif olunur
  • Nürnberqdə Azərbaycan tələbi
  • Mehman Əliyev ev dustaqlığına buraxılır
  • Mehman Əliyev azadlıqda
  • Ev dustaqlığı necə olur?
  • Mehman evdə
  • Baş katib alqışlayır və təklif edir
  • Mehman Əliyevi müdafiə edən komitə qalırmı?
  • “İlham Əliyev humanizm prinsiplərinə sadiqliyini təsdiq edir”
  • Mehman Əliyev: “Qadağalar qoyulmayıb”
  • “Turan” cərimədən çıxır
  • “Turan” hələ işləyə bilmir
  • “Turan”ın vergi müşkülü
  • “Turan”ın iki iddiası birləşdirildi

Müxalifət liderinin işi məhkəməyə gedir

  • 29 Sentyabr 2017
  • comments

Qara siyahının 40 faizə qədəri həmsədr ölkələrin v...

  • 29 Sentyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda