• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Almanlar niyə millətçilərə səs verdi?

  • 25 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Almaniyada sentyabrın 24-də keçirilmiş parlament seçkisinin əsas nəticələrindən biri qatı millətçilərin Almaniya Üçün Alternativ Partiyasının (almanca qısaltması AFD) 13 faizə yaxın səslə Bundestaqa düşməsi oldu. Partiya 709 nəfərlik parlamentdə 94 mandat əldə edib.

İkinci Dünya müharibəsindən bəri ilk dəfə qatı millətçilər Almaniya parlamentində təmsil olunacaq. Bu nədən doğur? Almaniyada millətçilik daha da güclənə bilərmi? Novator.az sualları Almaniyada yaşayan azərbaycanlı politoloq Cəsur Məmmədova (Sümərinli) ünvanlayıb.

Cəsur Məmmədov 24 sentyabr seçkisinin nəticələrinin ölkədə millətçiliyi daha da gücləndirəcəyini düşünmür. O deyir ki, almanların çoxu millətçi əhval-ruhiyyədə deyil, sadəcə, seçicilərin bir qismi sosial problemlər üzündən, ölkəyə daimi yaşamaq üçün gələnlərin sayının artmasından məyus olub AFD-yə səs verib: “AFD-nin 73 səhifəlik “Almaniya üçün proqram” adlanan seçki platformasında ölkənin iqtisadiyyatını, insanların sosial rifahını yaxşılaşdırmağa yönələn ciddi ideyalar yoxdur. Proqramda əsas hədəflər miqrasiya, qaçqınlıq və islam üzərində cəmlənib. Partiya həll edilməli olan əsas problemlər kimi məhz həmin məqamları görür, bununla da insanların, xüsusilə sadə almanların diqqətini cəlb edə bilir.

Alman cəmiyyəti daha yaxşı yaşamaq, daha çox qazanmaq, daha az vergi ödəmək istəyir. AFD isə təbliğatı elə qurub ki, guya cəmiyyətin daha yaxşı yaşamasına mane olan qaçqınlar, miqrasiya və islam amilidir.

Partiya bu şüarlar ətrafında tərəfdarlarını artırmaqla məşğuldur, amma AFD-nin gerçəkdən ciddi islahatlar konsepsiyasına malik olması alman cəmiyyətinin özündə belə ciddi suallar doğurur. Hesab edirəm ki, yaxın illərdə AFD-nin sıralarının genişlənməsi gözlənmir və 24 sentyabr seçkisinin nəticələri cəmiyyətdə millətçi əhval-ruhiyyənin artmasına gətirib çıxarmayacaq.

Amma sözsüz ki, Xristian Demokrat və Xristian Sosial ittifaqlarının rəhbərliyi ilə qurulacaq yeni hökumətin cəmiyyəti düşündürən məsələlərlə, o cümlədən miqrasiya məsələləri ilə bağlı ciddi tədbirlər görəcəyini proqnozlaşdırmaq olar. Almaniyaya miqrasiya etmək istəyənlər üçün qaydaların sərtləşdiriləcəyi, sərhədlərə ümumi nəzarətin gücləndiriləcəyi, oturumdan imtina almış şəxslərin tez bir zamanda ölkələrinə göndəriləcəyi istisna olunmur”.

Ərzaq məhsulları ilə bağlı yeni çağırış

  • 25 Sentyabr 2017
  • comments
REAL

REAL qurultay təyin edib

  • 25 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda