• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Turan”ın vergi müşkülü

  • 19 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

“Turan” informasiya agentliyi vergi borcu ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, sentyabrın 18-də Vergilər Nazirliyindən “Turan”ın elektron poçtuna məktub daxil olub. Sentyabrın 15-də imzalanmış məktuba əsasən, “Turan”ın 36 min 547 manat vergi borcu var. Bunun 27 min 253 manatı əsas borc, 9 min 294 manatı hesablanmış faizlərdir.

Agentlik bildirir ki, Bakı Şəhər Lokal Gəlirlər Departamentindən sentyabrın 12-də daxil olmuş, sentyabrın 11-də imzalanmış məktubda “Turan”ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmadığı bəyan edilmişdi.

Avqustun 7-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti agentliyə cinayət işi qaldırıb. Avqustun 16-da agentliyin ofisində axtarış aparılıb, mühasibat sənədləri və maliyyə fəaliyyəti ilə bağlı elektron daşıyıcılar götürülüb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin “Turan”dakı yoxlamaları zəminində tutulub. Avqustun 25-də Yasamal Rayon Məhkəməsi onu 3 aylıq həbs edib. Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

İstintaq iddia edib ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində “Turan”ın hesabları dondurulub, agentliyin fəaliyyəti dayanıb.

Yasamal Rayon Məhkəməsi sentyabrın 11-də Mehman Əliyevi həbsdən buraxıb. Mehman Əliyev barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də “Turan” informasiya agentliyinin bank hesabları açılıb.

Əhali: Azərbaycanda, yaxın-uzaq ölkələrdə

  • 19 Sentyabr 2017
  • comments

Azərbaycan və Türkiyə döyüş təyyarələrinin uçuşlar...

  • 19 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda