Azərbaycan və Türkiyə döyüş təyyarələrinin uçuşları davam edir
- 19 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Mod.gov.az-ın 19 sentyabr məlumatına görə, “TurAz Qartalı – 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.
Təlimlərdə iştirak edən iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.