• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türk Şəhidliyində anım

  • 15 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından və daşnak quldurlarından azad edilməsinin 99-cu ildönümü tamam olur. 1918-ci ilin həmin günü Osmanlı Türkiyəsinin Qafqaz İslam Ordusu Azərbaycan Demokratik Respublikasının milli ordu hissələri ilə birlikdə Bakını və ətraf rayonları erməni-bolşevik işğalından azad edib.

Mod.gov.az-ın məlumatına görə, Müdafiə Nazirliyi rəsmiləri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelik aparatı əməkdaşları, hərbi qulluqçular, müharibə veteranları və ictimaiyyət nümayəndələri Bakı-Şamaxı yolundakı Acıdərə Türk Şəhidliyinə yürüş edib.

“Hər gələn bir bardaq su ilə gəlsin” vətənpərvərlik aksiyasının iştirakçıları Türk Şəhidliyi abidə-kompleksini ziyarət edərək önünə çələng və qırmızı qərənfillər qoyublar. Tənha türk şəhidinin məzarı qarşısında keçirilən xatirə mitinqində danışan Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani Göyçay, Kürdəmir, Ağsu, Şamaxı və Bakının daşnak quldurlarından azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, döyüşlərdə Qafqaz İslam Ordusunun yüzlərlə əsgər və zabiti şəhidlik zirvəsinə ucalıb. Bununla yanaşı həmin dövrdə havaların son dərəcə isti keçməsi, quraqlığın hökm sürməsi, hətta çayların, bulaqların suyunun quruduğu vaxtlarda neçə-neçə döyüşçü susuzluqdan can verib. Şəhidlərin ruhları şad, yerləri sərin olsun deyə anım mərasiminə gələn hər kəs qanla suvarılmış Acıdərəyə bir bardaq su ilə gəlib.

Şəhidlərin xatirəsinə əbədi ehtiram əlaməti olaraq əsgərlər öz su qablarını çıxararaq tənha türk şəhid qəbrinə və vaxtilə qanlar tökülmüş əraziyə su çiləyib və bütün aksiya iştirakçıları da onlara qoşulub.

Sərmayədə 0,1 faiz artım var

  • 15 Sentyabr 2017
  • comments

24 ildən sonra

  • 15 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda