• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şuşada şəhid olmuş komandir İsraildə anılıb

  • 12 Sentyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İsrailə rəsmi səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. Xəbəri sentyabrın 12-də Mod.gov.az yayıb.

Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən Albert Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb.

Bildirilib ki, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da ölkəni daim vətəni bilib, torpağı uğrunda döyüşüb, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

Rantik Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Novator.az bildirir ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində doğulub.

Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, neçə-neçə işğalçını, düşmənin hərbi texnikasını məhv edib.

1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edən Albert Aqarunov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Bakının Şəhidlər xiyabanında dəfn edilib.

1992-ci ilin iyun ayının 7-də Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Vaxtilə təhsil aldığı 154 saylı məktəbə Albert Aqarunovun adı verilib.

Vergi ödəmələrinin yeni hesabatı

  • 12 Sentyabr 2017
  • comments
Fuad Elesgerov

“İlham Əliyev humanizm prinsiplərinə sadiqliyini t...

  • 12 Sentyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda