Novator.az jurnalist Mehman Əliyevin Bakının Buzovna kəndindəki evindən fotoları təqdim edir. Sentyabrın 11-də Mehman Əliyev ev dustaqlığına buraxılıb. O, avqustun 24-dən həbsdə idi.
“Turan” informasiya agentliyinin direktoru olan Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
1957-ci il oktyabrında 26-da Buzovnada anadan olan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.
Ailəlidir, bir qızı var.
Şəkillər Contact.az, Meydan.tv saytlarından və jurnalist Ramin Dekonun Facebook şəbəkəsindəki səhifəsindən götürülüb.