Sentyabrın 6-da Yasamal Rayon Məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi barədə vəsatətə baxıb. Vəsatət təmin olunmayıb.
Mehman Əliyev Vergilər Nazirliyində qaldırılmış cinayət işi üzrə avqustun 24-də tutulub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq iddia edir ki, Mehman Əliyev dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148 min manatdan çox qanunsuz gəlir əldə edib, 60 min manatdan çox mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Yasamal Rayon Məhkəməsi avqustun 25-də Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
Novator.az bildirir ki, Cinayət-Prosessual Məcəlləsinə görə, girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmənin müəyyən etdiyi pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər.
Girovun məbləği böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə 5 min manat miqdarından, az ağır və ya ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə 10 min manat miqdarından az olmamalıdır.
“Turan” üçün prezidentə və birinci vitse-prezidentə müraciət edildi
Mehman Əliyevin işi iki maddə üzrə aparılır
“Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi
Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi
Mehman Əliyev: həbs, ittihamlar, bioqrafiya
Vergilər Nazirliyi “Turan”da aparılan yoxlama ilə bağlı məlumat yaydı
Mehman Əliyevə Azadlıq Komitəsinin ilkin tərkibi
Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət ünvanlanıb
Mehman Əliyevlə bağlı qərar dəyişmədi
“Turan”ın əməkdaşları necə dindirilir? (Yeni bəyanat)
“Turan”ın abunəçilərə müraciəti
Məhkəmə Mehman Əliyevlə bağlı müraciətə baxdı
Mehman Əliyevin həyat yoldaşı: “Bunu gözləyirdim”
Mehman Əliyevin həbsinin girovla əvəzlənməsi üçün vəsatət verilib