• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Turan agentliyi

“Turan”ın abunəçilərə müraciəti

  • 31 Avqust 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Avqustun 31-də “Turan” informasiya agentliyinin kollektivi abunəçilərə müraciət edib. Müraciətdə deyilir: “Hörmətli abunəçilər, çox güman, “Turan” agentliyinin ətrafında baş verənlərdən və yaranmış problemlərdən xəbərdarsınız. Vergi ödəməkdən yayınma üzrə cinayət işi çərçivəsində təşkilatın hesabları dondurulub. Belə olan şəraitdə informasiya əldə edilməsi və satışı ilə məşğul olan agentliyin normal fəaliyyət göstərməsi mümkün deyil. Bu səbəbdən işi dayandırıb istintaqın sonunadək gözləməyi qərara aldıq.

Hələlik sizin informasiya əldə etməniz üçün öz şəxsi imkanlarımızdan və vəsaitimizdən istifadə edərək volontyor kimi fəaliyyət göstərəcəyik. Sayt (www.turan.az) əvvəlki kimi fəaliyyət göstərəcək, bülletenlər isə elektron poçtla göndəriləcək. İnformasiya həcmi obyektiv səbəblərdən azalacaq. Ümid edirik ki, bu, anlayışla qarşılanacaq”.

Novator.az xatırladır ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparır. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həmin departamentə dəvət olunaraq tutulub. Yasamal Rayon Məhkəməsi avqustun 25-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında jurnalisti 3 aylıq həbs edib. Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

ordu

Ordunun gücü: Azərbaycan 133 ölkə arasında neçənci...

  • 31 Avqust 2017
  • comments
Yasamal Rayon Mehkemesi

Məhkəmə Mehman Əliyevlə bağlı müraciətə baxdı

  • 31 Avqust 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda