• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Yasamal Rayon Mehkemesi

Məhkəmə Mehman Əliyevlə bağlı müraciətə baxdı

  • 31 Avqust 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Avqustun 31-də Yasamal Rayon Məhkəməsi “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin həbs qərarından öncə tutulmasının qanunsuz sayılması barədə müraciətə baxıb.

Vəkilinin müraciətində bildirilib ki, Mehman Əliyev heç bir əsas olmadan özbaşına tutulub və saxlanma ciddi prosessual pozuntularla keçib. Qeyd olunub ki, avqustun 24-də Mehman Əliyev “Turan”a qarşı cinayət işi çərçivəsində şahid qismində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Mehman Əliyev vəkili ilə departamentə gedib. Departamentdə jurnalistə statusunun şahiddən şübhəli şəxsə dəyişdirildiyini bildirib vəkilin dindirmədə iştirakına icazə verməyiblər.

Avqustun 31-də məhkəmə bu müraciətə baxıb, amma onu təmin etməyib.

Novator.az xatırladır ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”ın 2010-2017-ci illərə aid maliyyə fəaliyyəti üzrə cinayət təhqiqatı aparır. Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həmin departamentə dəvət olunaraq şübhəli şəxs qismində tutulub və bir gecə Yasamal Rayon Polis İdarəsində saxlanıb.

Yasamal Rayon Məhkəməsi avqustun 25-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təqdimatı əsasında jurnalisti 3 aylıq həbs edib. Bakı İstintaq Təcridxanasında saxlanan Mehman Əliyev qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İstintaq iddia edir ki, Mehman Əliyev 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə 148310 manat məbləğində qanunsuz gəlir əldə edib, 2010-2016-cı illərdə 60080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Mehman Əliyev 1957-ci il oktyabrında 26-da Bakının Buzovna kəndində anadan olub. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin (indiki AZƏRTAC) müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.


“Turan”da axtarış

“Turan”dan nə apardılar?

“Turan” üçün prezidentə və birinci vitse-prezidentə müraciət edildi

Mehman Əliyevin işi iki maddə üzrə aparılır

“Turan” agentliyi fəaliyyətini dayandıracağını bəyan etdi

Mətbuat Şurası Mehman Əliyevlə bağlı prezidentə müraciət etdi

Mehman Əliyev: həbs, ittihamlar, bioqrafiya

Vergilər Nazirliyi “Turan”da aparılan yoxlama ilə bağlı məlumat yaydı

Amerikadan reaksiyalar

Mehman Əliyevə Azadlıq Komitəsinin ilkin tərkibi

Mehman Əliyevə zamin dururlar

Mehman Əliyevin zaminə buraxılması üçün daha bir müraciət ünvanlanıb

Mehman Əliyevlə bağlı qərar dəyişmədi

“Turan”ın əməkdaşları necə dindirilir? (Yeni bəyanat)

“Turan”ın abunəçilərə müraciəti

Turan agentliyi

“Turan”ın abunəçilərə müraciəti

  • 31 Avqust 2017
  • comments

Adı siyasi məhbus siyahısında olan qələm adamları

  • 31 Avqust 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda