• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əraziyə baxış davam edir

  • 29 Avqust 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışdan sonra ərazi yoxlanır. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili Qoşunların nümayəndələri avqustun 28-də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Sitalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyətyanı sahəyə baxış keçirib. Yoxlamada 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, 2 gün ərzində 320 min kvadratmetr əraziyə baxılıb, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları tapılıb.

Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 259 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə aparılıb.

Avqustun 27-də Xızıdakı N saylı hərbi hissənin utilizasiya üçün hazırlanmış silah-sursat anbarında yanğın və partlayışlar baş verib. Hadisə yerində işləyən 6 şəxs yüngül dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.

Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət başlanıb.

Prezidentin köməkçisi orden aldı

  • 28 Avqust 2017
  • comments

Yeni məzənnələr

  • 29 Avqust 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Cəmiyyət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda