• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Efqan Muxtarli

Əfqanın yeni məhkəməsi. Jurnalistin səhhəti pisləşib

  • 14 İyul 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

İyulun 14-də Bakı Apellyasiya Məhkəməsində məhbus jurnalist Əfqan Muxtarlının şikayətinə baxılıb. Vəkil Elçin Sadıqov bildirir ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və istintaqı aparanlar jurnalistin üzərində qanunsuz baxış keçirib, mobil telefonunun yaddaşına, “Facebook”  və “WhatsApp” səhifələrinə, elektron poçtuna qanunsuz giriblər: “Nəsimi Rayon Məhkəməsinə müraciət edib həmin əməllərə hüquqi qiymət verilməsini, aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunmasını istəmişdik. Müraciət icraata qəbul olunmadığı üçün bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdik. Bu instansiya da  istəyimizə yox cavabı verdi”.

14 iyul prosesində Əfqan Muxtarlı özü də iştirak edib. Vəkilin sözlərinə görə, jurnalistin səhhəti daha da pisləşib: “Deyir ki, mədəsindəki ağrı kəskinləşib”.

Vəkil əlavə edib ki, Əfqan Muxtarlının işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlanır: “Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Muxtarlının işinə prioritet qaydada baxılması haqqında qərar qəbul edib”.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. Müdafiəçiləri bildirir ki, Əfqan Muxtarlı mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra saxlanıb. Əfqan Muxtarlının üstündən 10 min avro məbləğində nağd pul tapıldığı iddia olunur.

Səbail Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.

Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Nikah müayinəsinə dair yeni rəqəmlər

  • 14 İyul 2017
  • comments

Sahibkarlara güzəştli kreditlər verilib

  • 14 İyul 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda