• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Afqan Muxtarli

Əfqan Muxtarlının işi: görüntülər görünmür

  • 13 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva həyat yoldaşının işi ilə bağlı Gürcüstanda aparılan araşdırmadan narazıdır.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. Hazırda o, Azərbaycanda həbsdədir. Müdafiəçiləri bildirir ki, Əfqan Muxtarlı mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları isə bəyan edir ki, Əfqan Muxtarlı Gürcüstandan Azərbaycana qanunsuz keçdikdən sonra saxlanıb. Əfqan Muxtarlının üstündən 10 min avro məbləğində nağd pul tapıldığı iddia olunur.

Bakının Səbail Rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlını Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham edir.

Gürcüstanın Daxili İşlər Nazirliyi isə Əfqan Muxtarlının işi üzrə qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırma aparır. Bu qurum Əfqan Muxtarlının Tbilisidə yaşayan həyat yoldaşını və övladını mühafizə altına alıb.

Novator.az-ın məlumatına görə, iyulun 12-də Leyla Mustafayeva Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı cinayət işinin materialları ilə tanış olduğunu açıqlayıb. O, Facebook şəbəkəsi vasitəsilə yaydığı açıqlamada bildirib ki, əslində işin içində əhəmiyyətli heç bir dəlil-sübut yoxdur. Bunu dedikdə Leyla Mustafayeva Əfqan Muxtarlının Tbilisidə oğurlandığını təsdiqləyə biləcək dəlilləri nəzərdə tutur.

Jurnalistin xanımı qeyd edib ki, cinayət işinin materialları ümumilikdə 1800 səhifədir: “Amma içində heç nə yoxdur. Videolarin ikisində Əfqanla bağlı görüntü var. Onun da birinə baxa bildik. Texniki problemlərdən ikinci disk açılmadı”.

Leyla Mustafayevanın yazdığına görə, Tbilisidə Əfqanın oğurlandığı gün Daxili İşlər Nazirliyinin nəzarətindəki müşahidə kameraları jurnalistin avtomobillə aparıldığı yol boyu işləməyib: “O kameralardan bir dənə də olsun görüntü götürmək mümkün olmayıb. Dediklərinə görə, yollarda quraşdırılan və polisin nəzarətində olan kameraların sistemi yenilənir və təmir işləri gedir. Nədənsə Əfqanın çörək aldığı mağazanın və ona bitişik aptekin də kamerası işləməyib. Əfqanın keçdiyi keçiddə 10-dək müşahidə kamerası olub. Onlar da işləməyib”.

Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.

Ticarət göstəriciləri açıqlanıb

  • 13 İyul 2017
  • comments

Boris Nemtsovun qətli: hökm oxundu

  • 13 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda