• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Xankendi

Dağlıq Qarabağ rejiminin rəhbərləri

  • 13 İyul 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Novator.az işğalçı Dağlıq Qarabağ rejiminə indiyə qədər kimlərin rəhbərlik etməsinə nəzər salıb.

Qondarma rejimin “parlamenti” iyulun 19-da “prezident seçkisi” keçirəcək. “Prezident postuna” iki namizəd var: rejimin indiki başçısı Bako Saakyan və müxalifətçi Eduard Aqabekyan. Bu seçkidə seçiləcək “prezidentin” səlahiyyət müddətinin 3 il olması nəzərdə tutulur.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonunun (Goranboy rayonunun tərkib hissəsidir) ərazisini “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb.

1991-ci il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub.

1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib.

Novator.az bildirir ki, Dağlıq Qarabağ rejiminin ilk rəhbəri Leonard Petrosyan olub. O, qondarma rejimə 12 sentyabr 1991-ci ildən 8 yanvar 1992-ci ilədək “Ali Sovetin sədri” kimi rəhbərlik edib.

8 yanvar-14 aprel 1992-ci ildə “Ali Sovetin sədri”, yəni işğalçı rejimin rəhbəri postunda Artur Mkrtçyan əyləşib.

14 aprel 1992-ci ildən “Ali Sovetin” sədrinin səlahiyyətlərini sədr müavini Georgi Petrosyan icra edib.

15 avqust 1992-ci ildə Dağlıq Qarabağda “Dövlət Müdafiə Komitəsi” yaradılıb. Bu qurumun sədri seçilən Robert Köçəryan işğalçı rejimə rəhbərlik etməyə başlayıb.

21 dekabr 1994-cü ildə “parlament” Robert Köçəryanı “prezident” seçib.

24 noyabr 1996-cı ildə Robert Köçəryan “ümumxalq seçkisində” postunu əlində saxlayıb.

Robert Köçəryan 1997-ci il martın 20-də Ermənistan rəhbərliyinə keçdikdən sonra rejimə müvəqqəti Leonard Petrosyan rəhbərlik edib.

Bunun ardınca Arkadi Qukasyan rəhbərliyə gəlib. O, 1 sentyabr 1997-ci ildə və 11 avqust 2002-ci ildə “prezident” seçilib.

19 iyul 2007-ci ildən rejimə Bako Saakyan başçılıq edir.

İşğalçı rejim 1991-ci ildən indiyəcən seçki adı altında daha 20 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 3 “referendum”.

Cavidan Zeynalli

Göygöl: 14 yaşlı yeniyetmənin təqdimatı

  • 13 İyul 2017
  • comments

Hansı ölkədə çox yeriyirlər?

  • 13 İyul 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda