Ən yeni döyüş vasitələri gətirilib
- 10 İyul 2017
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi davam edir. Müdafiə Nazirliyinin 10 iyul məlumatına görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair razılaşma əsasında ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəyə çatdırılıb.
Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.