• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyev vəfat edib

  • 03 İyul 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Qarabağ veteranı, Laçın rayonundan məcburi köçkün, müəllim, yazıçı-publisist, “Əlli dörd gün erməni mühasirəsində” kitabının müəllifi Əli Əliyev vəfat edib.

Əli Əliyev 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Filmin ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

Əli Əliyev altı övlad atasıdır. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

2016-cı il fevralın 14-də Əli Əliyev avtomobil qəzasına uğrayıb və həmin vaxtdan komaya düşüb. Onu Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metro stansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”), Mərkəzi Klinik Xəstəxanada, “Avrasiya Hospital”da, Bakı Sağlamlıq Mərkəzində müalicə olunub. Bütün cəhdlərə baxmayaraq onu komadan ayıltmaq və həyatını xilas etmək mümkün olmayıb.

2017-ci il iyulun 2-də Əli Əliyev müalicə olunduğu Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Narkomaniya rəqəmləri

  • 30 İyun 2017
  • comments

İbrahim Mehdiyev niyə işdən çıxarılıb?

  • 03 İyul 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda