![]({"full":{"0":"2017\/06\/Yarmarka.jpg","1":750,"2":422,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2017\/06\/Yarmarka.jpg"}})
82 nəfər yarmarkada iş tapdı
- 30 İyun 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
İyunun 30-u Neftçaladakı Mədəniyyət və İncəsənət Mərkəzində əmək yarmarkası keçirilib. AZƏRTAC xəbər verir ki, Neftçala Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında işsiz və işaxtaran vətəndaşlara 81-i dövlət, 209-u isə qeyri-dövlət sektoruna məxsus olmaqla 290 iş yeri təklif edilib.
Əmək yarmarkasına qatılan 298 vətəndaşdan 82-nə işlə təmin olunmaq üçün müəssisə və təşkilatlara göndəriş verilib, 20 nəfər ictimai işlərə cəlb olunub.