Qazaxların sayı 40%-dən 70%-ə artıb
- 23 İyun 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Qazaxıstan əhalisinin sayı 18 milyona çatıb. Novator.az-ın məlumatına görə, prezident Nursultan Nazarbayev iyunun 23-də belə açıqlama verib.
Nursultan Nazarbayev bildirib ki, 1991-ci ildə ölkə müstəqil elan olunanda qazaxların sayı əhalinin yalnız 40%-ni təşkil edib, indi isə bu rəqəm 70%-dir.
Qazaxıstan prezidenti 5 milyon qazaxın ölkə xaricində yaşadığını vurğulayıb.
Səidə Hüseynova