• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

2013-cü ildən bəri bölgələrdə 39351 vətəndaş qəbul edilib

  • 22 İyun 2017
  • comments
  • Novator.az
  • Posted in Şərh

İyunun 23-də dövlət qulluqçularının peşə bayramı qeyd olunur. Bu peşə bayramı 25 may 2006-cı il sərəncamı ilə təsis olunub.

Prezident Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov AZƏRTAC-da yayılan məqaləsində yazır ki, dövlət qulluğu 2001-ci ilin sentyabrında qüvvəyə minmiş “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir: “Bu qanun qəbul ediləndən prezident bilavasitə dövlət qulluğu ilə əlaqədar 80-dək fərman, 40-dan çox sərəncam imzalayıb, 55-dən artıq qanun, Nazirlər Kabinetinin bir sıra qaydaları təsdiq edən müxtəlif qərarları qəbul edilib”.

Şöbə müdiri qeyd edir ki, əhalinin çox az bir hissəsini – cəmi 0,6 faizini təşkil edən dövlət qulluqçuları ictimai-siyasi sabitliyin qorunmasında, demokratik dəyərlərin bərqərar olunmasında, iqtisadi inkişafın sürətləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, onların gündəlik problemlərinin həllində yaxından iştirak edir: “Dövlət qulluqçularının fəaliyyətinə qiymət verilərkən onların vətəndaşların gündəlik problemlərinin həllinə necə yanaşması əsas meyarlardan biri sayılır. Bu baxımdan Prezident Administrasiyasında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşları narahat edən məsələlərin həlli üçün görülən işlər ölkə rəhbərliyinin həmişə diqqət mərkəzində olub və olacaq. Çünki Azərbaycan vətəndaşları öz gündəlik qayğıları, özlərinin həll edə bilmədikləri problemlər barədə ilk növbədə dövlət qulluqçularına müraciət edirlər.

Vətəndaşların müraciətlərinə baxılması sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb. Gündən-günə təkmilləşdirilən bu qanunvericilik bazası ilk növbədə məmurların məsuliyyətini artırmaqla yanaşı vətəndaşların hüquq və vəzifələrini də konkret müəyyən etməyə imkan verir”.

Süleyman İsmayılov yazır ki, bir neçə ildir bütün mərkəzi icra hakimiyyəti və hüquq mühafizə orqanlarının rəhbərləri – nazirlər, komitə sədrləri və digər qurumların rəhbərləri müəyyən edilmiş qrafikə uyğun olaraq bilavasitə regionlarda vətəndaşları qəbul edir, onların problemlərini öyrənib yerində həll edir, ən başlıcası, bu problemlərin yaranma səbəblərini aradan qaldırmaq üçün lazımi tədbirlər görürlər: “2013-cü ildən başlayaraq yerlərdə keçirilən səyyar qəbullarda vətəndaşlar əvvəllər ancaq televiziya ekranlarında gördükləri vəzifəli şəxslərlə ünsiyyətdə ola, öz problemlərini birbaşa çatdıraraq onlardan cavab ala bilirlər. Bu qəbullar artıq ənənə halını alıb və özünü doğrultduğuna görə daha geniş miqyasda keçirilməkdədir. Təkcə keçən il 21 mərkəzi icra hakimiyyəti orqanının və digər qurumların rəhbərlərinin Azərbaycanın 56 şəhər və rayonunda keçirdiyi qəbullarda 8 mindən çox vətəndaş iştirak edib, onları narahat edən məsələlər barədə 6 mindən çox müraciətə baxılıb.

Ümumiyyətlə, 2013-cü ildən başlayaraq belə qəbullarda 39351 vətəndaş iştirak edib. Bütövlükdə rəhbər şəxslərə təqdim olunmuş müraciətlərin 33,1 faizi müsbət həllini tapıb, onların 41,1 faizinə müvafiq izahat verilib, 7,2 faizi əsassız sayılıb, 12,8 faizi aidiyyəti üzrə göndərilib, 5,8 faizi isə icradadır”.

Şöbə müdiri 2016-cı ildə Prezident Administrasiyasına şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizinin ərizə, 30,9 faizinin şikayət, 0,3 faizinin təklif olduğunu yazır.

Vergi pozuntuları və cərimələr

  • 22 İyun 2017
  • comments

Dövlət qulluğu vəzifəsinin tutulması üçün müsahibə...

  • 22 İyun 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda