İrandakı terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürdü
- 07 İyun 2017
- comments
- Novator.az
- Posted in Xəbər
İranın paytaxtı Tehranda iyunun 7-də baş vermiş terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu xəbəri mərkəzi ofisi Dubayda yerləşən “Əl-Ərəbiyyə” kanalı yayıb.
Novator.az xatırladır ki, bu gün səhər bir qrup silahlı şəxs İran parlamentinə hücum çəkib. Son məlumatlara görə, 7 nəfər həlak olub.
Eyni vaxtda Tehranda İmam Xomeyni türbəsinə də hücum edilib. Burada terrorçulardan biri özünü partladıb, digəri isə öldürülüb. 5 nəfərin yaralandığı bildirilir.
Səidə Hüseynova