Əmək Müfəttişliyi Xidməti 5 ayda 69,4 min manat ödətdirib
- 07 İyun 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-may aylarında 69,4 min manat gecikdirilən sosial ödənişlərin işçilərə ödənməsini təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, həmin vəsaitin 94,6 faizi gecikdirilən əmək haqları, 3,6 faizi işəgötürənlərin işçilərə ödəməli olduğu sosial müavinətlər və kompensasiyalardır.
Xidmətin işdən qanunsuz azad edilmə ilə bağlı müraciətlər əsasında bir sıra şəxsləri əvvəlki işlərinə bərpa etdirdiyi də vurğulanır.