Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar iyunun 5-də Binəqədi-Novxanı yolunun sol kənarında iməcilik keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının, qeyri-hökumət təşkilatları, ictimai birlik və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 5 hektar ərazi 100 kubmetrədək məişət tullantısından təmizlənib.
Hər il 5 İyun Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.