ABŞ dollarının rəsmi kursu iyunun 6-da da dəyişməyib. Mərkəzi Bank dolları yenə 1,7021 manata təklif edir. Bu qiymət iyunun 2-dən qüvvədədir.
Bir çox valyutada isə artım qeydə alınıb. Novator.az-ın məlumatına görə, avro 1,9177 manatdan 1,918 manata, Rusiya rublu 0,0301 manatdan 0,0302 manata qalxıb.
Bahalaşan gürcü larisi 0,7029, ingilis funt sterlinqi 2,2006 manata, ucuzlaşan türk lirəsi 0,4834 manata satılır (Məzənnələr).
2017-ci ilə dollar 1,7707 manatla başlayıb. Ən yuxarı rəsmi qiymət yanvarda 1,9165, fevralda 1,92, martda 1,7563, apreldə 1,7244, mayda 1,7026 manat olub.