• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Administrasiyasında nələr dəyişib? Rəsmi açıqlama

  • 01 İyun 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

İyunun 1-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Prezident Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Musavat.com-a açıqlamasında sərəncamı şərh edib. Əli Həsənov deyib: “Bildiyimiz kimi, 2016-ci il sentyabrın 26-da keçirilmiş referendumdan sonra Azərbaycanda səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsi, həyata keçirilən iqtisadi islahatların effektivliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb. Hesab edirəm ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması, həmçinin Prezident Administrasiyası başda olmaqla ölkənin idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır.

Konkret olaraq Prezident Administrasiyasına gəldikdə, deyə bilərəm ki, cənab prezidentin sərəncamı ilə həyata keçirilən struktur dəyişikliyi yeni situasiyaya və çağırışlara uyğun olaraq ölkənin ali icra orqanının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır. Qeyd edim ki, mövcud struktur dəyişikliyinə əsasən, ilk öncə birinci vitse-prezidentin xidməti formalaşdırıldı. Həmçinin ölkə prezidentinin köməkçilərinin sayı 10-a çatdırıldı. Onlardan 8-i eyni zamanda müvafiq şöbələrə rəhbərlik edir.

Bundan başqa, dövlət müşavirliyi institutu və Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv olundu, administrasiyanın tərkibində 2 yeni struktur bölməsi – gənclər siyasəti və idman məsələləri, habelə elektron hökumət şöbələri yaradıldı, bəzi digər şöbələrin funksiyaları və fəaliyyət istiqamətlərinə müəyyən dəyişikliklər edildi.

Əminəm ki, administrasiyanın yeni strukturu cənab prezidentin müəyyən etdiyi islahatlar kursunu uğurla reallaşdırmaq və qarşıya qoyulan vəzifələri daha effektiv şəkildə icra etmək üçün səmərəli mexanizm kimi özünü təsdiq edəcək”.

Aziz Orucov

“Kanal 13”ün direktoruna cinayət işi açıldı

  • 01 İyun 2017
  • comments

Tramp 193 ölkədən üz döndərdi

  • 02 İyun 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda