• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gəlir vergisindən gəlir niyə az gəlir?

  • 30 May 2017
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı Qubad İbadoğlu gəlir vergisindən daxilolmalarla bağlı müqayisələr aparıb. Novator.az-ın məlumatına görə, ekspert yeni açılan iş yerləri fonunda büdcəyə gəlir vergisindən daxilolmaların kəskin azaldığını yazır: “Bu ilin birinci rübündə fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz azalıb. 2016-cı ilin birinci rübündə bu mənbədən büdcəyə daxilolmalar 323,9 milyon manat təşkil edib, bu ilin göstərici isə 204,6 milyon manat olub, 119,3 milyon manat azalma qeydə alınıb.

Fiziki şəxslərin gəlir vergisinin dərəcəsi dəyişmədiyi üçün bu mənbədən azalmaya vergi tutulan bazanın aşağı düşməsi və vergi ödəyicilərinin sayının azalması təsir göstərə bilər. Lakin müqayisə olunan dövrdə orta aylıq əməkhaqqının 5,9 faiz artması vergi tutulan bazanın böyüdüyünü ifadə edir.

Əslində 2017-ci ildən “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi fiziki şəxslərin gəlir vergisindən daxilolmaları artırmalı idi. Qanuna görə, 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla digər şəxslərin ödədiyi əmək haqları (o cümlədən işəgötürənin ödədiyi, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır. Bu isə qeyri-formal əməkhaqqı və digər ödənişlərin leqallaşdırılmasına gətirib çıxarmalı idi. Bəs nə baş verib və nədən ilk rübdə fiziki şəxslərin gəlir vergisindən büdcəyə daxilolmalarda ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalma olub?”

Qubad İbadoğlunun qənaətinə görə, başlıca səbəblər iş yerlərinin kütləvi ixtisarı ola bilər: “Yalnız vergi ödəyicilərinin sayının azalması belə kəskin azalmanı şərtləndirə bilər. Amma statistik məlumata görə, 2017-ci ilin ilk rübündə ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yeri açılıb. Bəs nədən fiziki şəxslərin gəlir vergisindən daxilolmalar azalıb? Belə çıxır ki, ilin birinci rübündə bağlanan iş yerlərinin sayı yeni açılanlardan çox olub. Əks təqdirdə büdcəyə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar azalmalı deyildi”.

Kulis.az-da yeni baş redaktor

  • 30 May 2017
  • comments

MMC 872 min 500 manata satıldı

  • 30 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda