Laçının işğalından 25 il ötür.

Novator.az bildirir ki, 1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1992-ci il mayın 9-da Şuşa ermənilərin əlinə keçəndən sonra Dağlıq Qarabağın işğalı başa çatıb. Mayın 18-də Laçın şəhəri işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.

1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü il martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib. Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri də işğal olunub.

Hazırda Azərbaycanın bütün cənub-qərbi düşmən əlindədir.

AZƏRTAC-ın arayışına görə, 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonu – bir şəhər, bir qəsəbə, 125 kənd işğaldadır, 60 min nəfərə yaxın sakin öz doğma torpağından didərgin salınıb.

Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb.

İşğal nəticəsində rayonda olan 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb.

İşğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Laçın rayonunun hazırda 74 min nəfərdən çox sakini 59 şəhər və rayonda, o cümlədən Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki 84 obada məskunlaşıb. Rayonun bütün icra strukturları Taxtakörpüdə fəaliyyət göstərir.

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id