• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlətə xəyanət ittihamı: hərbi qulluqçular və mülki şəxslər tutulub

  • 08 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlərdə müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmənə ötürüblər.

Toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda dövlətə xəyanət və digər faktlar üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, ibtidai istintaq aparılır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bəyan edirik ki, düşmənin ölkəmizdə, o cümlədən Bakı şəhərində və ölkənin digər ərazilərində qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş istənilən təxribat və terror fəaliyyətinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və sarsıdıcı adekvat tədbirlər görüləcək”.

8-ci prezident – Makron

  • 08 May 2017
  • comments

Sərkisyan Qarabağdadır

  • 08 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrailli yəhudilər müharibəyə dəstək verir. Bəs ərəblər?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda