• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Münbit torpağı ən çox hansı bölgələrdə oğurlayırlar?

  • 04 May 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqlardan istifadəyə nəzarətlə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, son monitorinqlər kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması hallarını əhatə edib. Qobustanda keçirilən monitorinqlər zamanı torpaqların üst münbit qatının götürülərək ağır tonnajlı avtomobillərlə Bakıya və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Komitənin torpaq müfəttişləri və hüquq mühafizə orqanlarının birgə keçirdiyi reydlərdə belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub.

Əmlak Məsələləri Dövlət Komitəsi qeyd edir ki, belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.

Novator.az bildirir ki, rəsmi hesabata görə, torpaqların münbit qatının daşınması hallarına Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının ərazisində, eləcə də cənub bölgəsində daha çox rast gəlinib.

Ümumilikdə bu istiqamətdə aparılan reydlər nəticəsində 50-dən artıq halı aşkar edilərək qarşısı alınıb.

Torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması bir sıra mənfi fəsadlara gətirir. Bu hal torpaqların yüz illər ərzində formalaşan üst münbit qatının korlanmasına, torpaq kütləsi götürülməklə yararsız hala düşməsinə, ona bitişik torpaq sahələrinin eroziyaya uğramasına, maili ərazilərdə sürüşmə prosesinin yaranmasına səbəb olur.

AZAL satılan hər aviabiletə görə bir ağac əkəcək

  • 04 May 2017
  • comments

Dövlət komitəsindən xidmət xatırlatması

  • 04 May 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda