• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident Sumqayıtda zavodun tikinti işləri ilə tanış olub

  • 28 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Aprelin 28-də prezident İlham Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavoduna baş çəkib, tikinti işlərinin gedişi ilə tanış olub. AZƏRTAC bildirir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, zavodun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkətindən layihə rəhbəri Hansu Kim dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.

Karbamid zavodunun təməli 2011-ci ilin dekabrında qoyulub. Beynəlxalq tenderin nəticələrinə əsasən, 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib.

Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.

Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq.

Layihənin icrasında təxminən 3200 nəfər çalışır, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir.

Ruhani və daha 5 nəfər…

  • 28 Aprel 2017
  • comments

Üç aylıq büdcə hesabatı açıqlanıb

  • 28 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda