• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hər il 2,34 milyon nəfər niyə həlak olur?

  • 26 Aprel 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Yap.org.az-a müsahibə verib. Novator.az bildirir ki, aprelin 28-də qeyd olunan Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı sualı cavablandıran xidmət rəisi deyib: “Ümumdünya Əməyin Mühafizəsi Günü Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildə təsis edilib. BƏT-in məlumatına əsasən, hər il dünyada istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur, 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trilyon ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir”.

Fuad Əlizadə qeyd edib ki, Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasəti aparan ölkələrdən biridir: “Ölkəmiz əmək qanunvericiliyi, əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir”.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi deyib ki, əməyin mühafizəsi istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və o cümlədən texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən bədbəxt hadisələrin və qəza hallarının, əmək xəsarətlərinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlərin məcmusudur: “Bu, iş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili, əmək prosesində iştirak edən işçilərə normal əmək şəraiti yaratmaq deməkdir.

Əmək Məcəlləsində təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələrdə iş yerlərinin əməyin mühafizəsi normaları və qaydalarının tələblərinə uyğun olmasına, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına cavabdehlik işəgötürənin üzərinə qoyulur”.

Fuad Əlizadə deyib ki, müəssisələrdə əməyin mühafizəsinin idarəetmə funksiyaları əsasən bunlardan ibarət olmalıdır:

– dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsalat qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyət birliyi;

– işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması;

– əməyin mühafizəsi işinin planlaşdırılması;

– əməyin mühafizəsi sahəsində işlərin təşkili və idarə olunması;

– əməyin mühafizəsi vəziyyətinin araşdırılması və uçotunun aparılması;

– əməyin mühafizəsinin vəziyyətinə və onun idarəetmə sisteminə nəzarət;

– əməyin mühafizəsinin təkmilləşdirilməsi üzrə işçilərin maddi maraqlandırılması.

Xidmət rəisi işəgötürənlərin bu tədbirləri həyata keçirməsini vacib hesab etdiyini vurğulayıb:

– müəssisədə əməyin mühafizəsi xidmətinin yaradılması;

– bütün peşələr, vəzifələr üzrə texniki təhlükəsizlik qaydaları barədə təlimatların işlənib hazırlanması və işçilərin tanış edilməsi;

– işçilərin əməyin mühafizəsi və o cümlədən texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması, onların biliklərinin mütəmadi olaraq yoxlanması, təlimatların qeydiyyatının aparılması;

– əməyin mühafizəsi məsələlərinə cavabdeh olan məsul vəzifəli şəxslərin, mütəxəssislərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməyin mühafizəsinə dair təşkil etdiyi kurslardan keçməsi;

– əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsinə sərf etmək üçün lazımi maliyyə vəsaitinin və materialın ayrılması və təyinatı üzrə sərf edilməsi;

– işçilərin xüsusi geyim və digər fərdi mühafizə vasitələri ilə təmin olunması, həmçinin fərdi mühafizə vasitələrindən  istifadə olunmasına nəzarətin həyata keçirilməsi;

– iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılması, normal əmək və istirahət rejiminə riayət olunmasının təmin edilməsi, işçilərin geyinib-soyunma, yuyunma və digər təyinatlı məişət otaqları ilə təmin olunması;

– iş yerlərinin əmək şəraitinə görə attestasiyasının aparılması;

– işçilərin ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinədən keçirilməsi;

– iş yerlərinin ilkin tibbi yardım çantaları ilə təchiz olunması və bədbəxt hadisələr zamanı zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi barədə işçilərə xüsusi təlimatların keçirilməsi.

Kür çayında su sərfi artıb

  • 26 Aprel 2017
  • comments

Ermənistan bazarlarında Azərbaycan almaları

  • 26 Aprel 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda